Əsas məzmuna keç
Recrutio
Haqqımızda

Azərbaycan HR-ları üçün
qurulan platforma.

Recrutio Bakıda qurulub. Məqsədi sadədir: HR-ın CV yığınında itən vaxtını özünə qaytarmaq.

Missiya

Niyə qurduq

Azərbaycan şirkətlərində bir vakansiya açılanda email qutusuna gündə 50-200 CV gəlir. HR menecer hər birini açıb oxumalı, faydalı olanları ayırmalı, qalanlarını rədd etməlidir. Bu, həftədə 15-20 saat itirilən vaxtdır.

Recrutio bu işi öz üzərinə götürür: poçt qutusundan CV-ləri özü çəkir, vakansiyanın tələblərinə görə bal verir və siyahını sıralayıb qabağınıza qoyur. HR-a qalan yüzlərlə CV oxumaq yox, ilk 5-10 namizədə baxıb müsahibəyə çağırmaqdır.

Niyə məhz Azərbaycan üçün? Çünki burdakı poçt provayderləri və Azərbaycan dili ilə işləyən hazır məhsul tapa bilmədik. Greenhouse, Lever kimi xarici sistemlər həm bahadır, həm də buradakı iş axınına görə həddən artıq mürəkkəbdir.

Məhsul

Necə işləyir

1
Email qoşulması. IMAP parametrləri ilə CV-lərin gəldiyi email hesabını sistemə qoşursunuz (Gmail, cPanel, Yandex, Outlook 365 və s.).
2
Vakansiya açma. Hər vakansiya üçün başlıq, tələblər və subject açar sözü təyin edirsiniz. Sistem həmin açar sözə uyğun email-ləri avtomatik o vakansiyaya yönləndirir.
3
AI qiymətləndirmə. Hər CV oxunur, vakansiya tələbləri ilə müqayisə edilir, 0-100 bal verilir. Niyə bu bal verildiyi izah olunur.
4
Sıralama və dəvət. Namizədlər ən yüksək baldan ən aşağıya sıralanır. Birbaşa sistemdən müsahibə dəvəti göndərilir.

SAP işlədən şirkətlər üçün: bu axın birbaşa SAP-ın içinə qoşulur. Vakansiyalar SAP-dan gəlir, AI balı SAP-dakı müraciətə geri yazılır, recruiter öz SAP ekranından çıxmır. S/4HANA və SuccessFactors birbaşa, ECC6 körpü ilə dəstəklənir.

Dəyərlər

Nəyə inanırıq

Məlumatların məxfiliyi

CV şəxsi sənəddir, ona uyğun da davranırıq. Hər şirkətin datası ayrıdır, başqa müştəri görmür. Poçt parolları şifrələnmiş saxlanır və komandamızdan heç kim onlara baxa bilmir. Namizədin əlaqə məlumatları və şəkli kənar AI sisteminə getmir: analizə yalnız təcrübə, bacarıq və təhsil hissəsi gedir.

AI uydurmasın

Qayda sərtdir: CV-də olmayan məlumat "yoxdur" sayılır. Təcrübə illəri tarixlərdən hesablanır, uydurulmur. Hər balın səbəbi yazılır və HR razılaşmasa, statusu özü dəyişir. Son söz həmişə insandadır.

Sadəlik

10 səhifə dokumentasiya oxumadan istifadə edilə bilən sistem. Şifrə yox, email-ə kod göndərilir. Vakansiya açmaq 30 saniyədir. AI nəticələrini başa düşmək üçün xüsusi təhsil lazım deyil.

Yerli kontekst

İnterfeys Azərbaycan dilindədir, dəstək Bakı saatı ilə işləyir. cPanel, Hostinger kimi yerli poçt provayderləri ilk gündən dəstəklənir. Ödəniş manatla, qaimə ilə aparılır.

Əlaqə

Bizimlə əlaqə

Sual, rəy, ya da əməkdaşlıq təklifiniz varsa — birbaşa bizə yazın. İş günləri 24 saat ərzində cavab veririk.

Ümumi sual və dəstək: support@recrutio.work

Telefon / WhatsApp: +994 77 559 14 14

30 gün pulsuz başlayın

Kart istənmir, bütün funksiyalar açıqdır. Bəyənməsəniz, sadəcə istifadəni dayandırırsınız.