Əsas məzmuna keç
Recrutio
CV analiz sistemi

HR-in işi namizəd tapmaqdır. CV oxumaq deyil.

Recrutio email qutunuza gələn CV-ləri özü oxuyur, vakansiyanıza görə qiymət verir və sıralayır. Siz yalnız oxumağa dəyər olanları görürsünüz.

SAP ilə tam inteqrasiya: S/4HANA · SuccessFactors · ECC6
Bizə güvənən şirkətlər
Sistemin işləməsi

Bir CV — dörd addım. Heç birində siz iştirak etmirsiniz.

  1. 00:00
    Email gəlir

    Yeni müraciət HR qutunuza düşür. Sistem 3 dəqiqədə tutur.

  2. 00:08
    CV oxunur

    PDF/DOCX mətnə çevrilir. Hər bölmə tanınır.

  3. 00:23
    AI qiymətləndirir

    Bacarıq, təcrübə, təhsil, dil — beş ölçüdə bal verilir.

  4. 00:30
    Sıralanır

    Vakansiyaya uyğunluğa görə yerləşdirilir. Səbəbi də göstərilir.

30san
Bir CV-nin tam analizi
5
Qiymətləndirmə ölçüsü: bacarıq, təcrübə, karyera, təhsil, dil
0/100
CV açmadan da bal və səbəbini görürsünüz
01 — Sıradan

Email gəlir, vakansiyaya görə sıralanmış nəticə

Quraşdırma bir dəfədir. Sonrası öz-özünə gedir.

  1. 01
    Email-i qoşursunuz

    hr@şirkət.az və ya info@şirkət.az, fərq etməz. cPanel, Yandex, Zoho, hamısı işləyir. Şifrəniz sizdə qalır.

  2. 02
    CV-ləri özü tapır

    Bir neçə dəqiqədən bir qutuya baxır. Qoşmasında CV olan məktubları götürür, reklamları ötürür.

  3. 03
    AI hər CV-ni oxuyur

    Vəzifələr, illər, bacarıqlar, təhsil, dillər. CV-də nə yazılıbsa, çıxarılıb yığcam xülasəyə çevrilir.

  4. 04
    Vakansiya ilə müqayisə

    Hər namizədə 0-100 bal və izah yazılır. Səhər saat 9-da paneli açırsınız, siyahı artıq sıralanıb.

02 — Bal necə yığılır

Sistem "92 bal" deyəndə nəyi nəzərə alır?

Çox sistem bir rəqəm atır, izah vermir. Bizdə balın haradan yığıldığı açıq görünür: nə tapılıb, nə çatmır. Rəqəmlə razılaşmasanız belə, nəyə əsaslandığını bilirsiniz.

Təcrübə illəri CV-dəki tarixlərdən hesablanır. Eyni dövrə düşən iş yerləri iki dəfə sayılmır.

  • Tələb olunan bacarıqlar
    45%

    Vakansiyada yazdığınız alət və bacarıqlar (SMM, kampaniya planlaması, Google Ads) CV-də axtarılır. Eyni şeyin başqa yazılışı da tanınır: Facebook Ads yazana Meta Ads da sayılır.

  • İş təcrübəsi
    30%

    Sahədə neçə il işlədiyi CV-dəki tarixlərdən hesablanır. AI-nin rəqəm uydurmasına icazə yoxdur.

  • Karyera irəliləyişi
    15%

    10 il eyni vəzifədə qalmaqla Assistentdən Menecerə yüksəlmək eyni şey deyil. Sistem bu fərqi görür.

  • Təhsil
    5%

    Vakansiyada təhsil tələbi yoxdursa, bu meyar heç kimi cəzalandırmır. Tələb varsa, müqayisə edilir.

  • Dillər
    5%

    "İngilis dili", "English", "B2" eyni şey kimi başa düşülür və vakansiyanın tələbi ilə tutuşdurulur.

Daxildir

CV oxumaq başlanğıcdır. Sistem işin qalanını da görür.

SAP inteqrasiyası

Vakansiyalar SAP-dan gəlir, AI balı SAP-a qayıdır. S/4HANA, SuccessFactors və ECC6 dəstəklənir.

Müsahibə dəvəti

Tarixi və saatı seçirsiniz, namizədə link gedir. Namizəd təsdiq edən kimi görüş paneldə görünür.

Email cavabları avtomatik tutulur

Namizəd məktuba cavab yazanda Gmail-də axtarmırsınız. Söhbət birbaşa namizədin profilinə düşür.

Toplu rədd cavabları

50 namizədi seçib şablonla bir kliklə cavablandırırsınız. Hər məktub namizədin öz adı ilə gedir.

AI ilə şablon yaratmaq

Növü seçirsiniz (təklif, rədd, sərbəst), sistem mətni yazır, siz düzəldib saxlayırsınız.

Real-time bildiriş və səs

Cavab gələndə və ya müsahibə təsdiqlənəndə panel dərhal xəbər verir.

İş təklifi mətnləri

Maaş, başlama tarixi, iş rejimi üçün yerlər hazır gəlir. Doldurub göndərirsiniz.

Arxiv namizədlər

Yeni vakansiya açanda son 6 ayın CV-ləri də yenidən qiymətləndirilir. Yaxşı namizəd unudulmur.

Status avtomatik yenilənir

Dəvət göndərdiniz? Status öz-özünə "Müsahibəyə dəvət olunub" olur. Əllə dəyişməyə ehtiyac qalmır.

Enterprise

Şirkətiniz SAP işlədir?
Recrutio içinə qoşulur.

Vakansiyalar və namizədlər SAP-dan öz-özünə çəkilir, AI balı isə SAP-dakı müraciətin üstünə geri yazılır. Komandanız öyrəşdiyi SAP ekranından çıxmır, nəticəni elə orada görür.

SAP demosu istəyin
  • Vakansiyalar SAP-dan gəlir

    SAP-da requisition açılan kimi Recrutio-da görünür. AI tələbləri çıxarır və namizəd axtarışına başlayır.

  • CV-lər və müraciətlər sinxronlaşır

    SAP-dakı müraciətlər CV-ləri ilə birlikdə çəkilir, adi axınla qiymətləndirilir. SAP sadəcə daha bir CV mənbəyinə çevrilir.

  • AI balı SAP-a geri yazılır

    Recruiter skoru və izahı öz SAP pəncərəsində görür. İkinci sistem açıb yoxlamağa ehtiyac qalmır.

  • Dəstəklənən sistemlər

    SAP S/4HANA və SuccessFactors birbaşa qoşulur. ECC6 EHP8 üçün RFC körpüsü qururuq.

03 — Açıq danışaq

Niyə Recrutio?

CV oxumaq HR işinin ən sıxıcı hissəsidir. 50 müraciət gəlir, hər birini 2 dəqiqə açıb baxırsınız — gün getdi. Yarısı vakansiya ilə əlaqəsizdir. Yaxşı namizəd 4-cü gün siyahıda durur, çünki növbə ona çatmır.

Recrutio məhz bunun üçündür. Təzə gələn CV yarım dəqiqəyə qiymətləndirilir. Paneli açanda kimin oxunmağa dəyər olduğukimin niyə dəymədiyi artıq yazılıb.

Sistem Azərbaycan iş mühiti üçün qurulub. Adi info@şirkət.az, hr@şirkət.az kimi iş poçtları ilə işləyir, Gmail hesabı və ya əlavə qeydiyyat lazım deyil. İnterfeysdən namizəd xülasəsinə qədər hər şey Azərbaycan dilindədir.

AI təkcə bal vermir, niyəsini də yazır: "Vakansiyada istənən 5 bacarıqdan 4-ü CV-də tapıldı". Razılaşmırsınızsa, qərarın nəyin üstündə verildiyini görüb özünüz yoxlayırsınız.

Kim üçün

Hər ay 20+ CV gələn istənilən komanda üçün.

HR komandaları (2-10 nəfər)

Paralel bir neçə vakansiya, gündə onlarla müraciət. Hamısını açıb baxmağa vaxt çatmır. Səhər paneli açırsınız, siyahı artıq sıralanıb.

Müstəqil HR mütəxəssislər

Bir neçə şirkətə eyni anda xidmət göstərirsiniz. Hər şirkətin poçtunu ayrıca qoşursunuz, müraciətlər öz-özünə ayrılır, siz yalnız ən yaxşıları irəli verirsiniz.

İşə qəbul agentlikləri

Müştəri vakansiyanı verir, CV axını sizdə yığılır. İlkin ələmə sistemin işidir. Siz seçilmişləri cilalayıb müştəriyə təqdim edirsiniz.

Suallar

Tez-tez
verilən suallar

Cavabı tapa bilmədiniz? support@recrutio.work

Sistemə necə daxil oluram? Şifrə lazımdırmı?

Şifrə yoxdur. Email ünvanınızı yazırsınız, həmin ünvana 6 rəqəmli kod gəlir, kodu yazıb girirsiniz. Hər girişdə təzə kod gəldiyi üçün unudulası bir şey də qalmır.

Email hesabımın şifrəsi sizdə təhlükəsizdirmi?

Bu şifrə sistemə giriş üçün deyil, CV-lərin gəldiyi poçt qutusunu IMAP ilə oxumaq üçündür. Bazada şifrələnmiş saxlanır və komandamızdan heç kim ona baxa bilmir. İstədiyiniz vaxt hesabı ayırıb parolu dəyişə bilərsiniz.

Hansı email provayderləri dəstəklənir?

IMAP dəstəkləyən hər provayder işləyir: cPanel, Yandex, Zoho, Gmail, Outlook 365. Qoşulmaq üçün ünvan, server adı və parol kifayətdir.

AI səhv qiymət verərsə nə olur?

Hər balın yanında səbəbi yazılır: hansı bacarıq tapılıb, hansı yoxdur, təcrübə nə qədərdir. Razı deyilsinizsə, statusu özünüz dəyişirsiniz. Son söz həmişə sizdədir, sistem yalnız ilkin ələməni edir.

Vakansiyalar arasında necə fərqlənir?

Hər vakansiyaya mövzu açar sözü verirsiniz. Mövzusunda "Marketinq meneceri" yazılan məktub öz-özünə həmin vakansiyaya düşür. Bir məktub iki vakansiyaya uyğun gəlsə, ikisində də görünür.

CV-də olmayan məlumatları AI uydurur?

Uydurmur. Qayda sərtdir: CV-də olmayan məlumat "yoxdur" sayılır. Təcrübə illərini də AI özündən yazmır, CV-dəki tarixlərdən hesablanır.

Namizədlərin şəxsi məlumatları AI-yə göndərilir?

Əlaqə məlumatları (email, telefon) və şəkillər heç vaxt kənara çıxmır, bizim serverdə çıxarılıb saxlanılır. AI yalnız təcrübə, bacarıq və təhsil hissəsini görür. Qiymətləndirmədə ad belə göndərilmir ki, bal yalnız peşəkar profilə görə verilsin.

SAP ilə inteqrasiya mümkündürmü?

Bəli, və bu, bizim əsas fərqimizdir. Vakansiyalar və namizədlər SAP-dan avtomatik çəkilir, AI balı və izahı SAP-dakı müraciətin üstünə geri yazılır. Recruiter öz SAP ekranından çıxmır. S/4HANA və SuccessFactors birbaşa qoşulur, ECC6 üçün RFC körpüsü qururuq. Quraşdırmanı SAP komandanızla birlikdə aparırıq.

Bir mesaj uzaqdayıq.

Hesab açmaq, demo görmək, ya sadəcə sual vermək istəyirsinizsə, yazın. İş günləri 24 saat içində cavablayırıq.